6732
17:03
04 Aprel 2020

Vətəndaşlar evdə koronavirus testindən keçiriləcəkmi? - RƏSMİ CAVAB


Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA -ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, - deyə E. Zahidov vurğulayıb.