İspaniya koronavirusa yoluxma sayına görə İtaliyanı keçdi
03 aprel 2020 18:09 (UTC +04:00)

İspaniya koronavirusa yoluxma sayına görə İtaliyanı keçdi

0

İspaniyada koronavirusa yoluxanların sayı artıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkə yoluxma sayına görə, Avropada virusdan ən çox insan ölümü qeydə alınan İtaliyanı geridə qoyub. İspaniyada COVID-19-a yoluxanların sayı 117 710 olduğu halda, İtaliyada bu rəqəm 115 272-dir. Hər gün 1000-ə yaxın insanın virusdan öldüyü İspaniyada son statistikaya görə, ümumilikdə 10935 insan koronavirusun qurbanı olub.

Yoluxma sayına görə bu ölkə dünya üzrə ABŞ-dan sonar ikinci yerə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1048

Oxşar yazılar