FHN bu gəmilərə texniki baxışı müvəqqəti dayandırdı
03 aprel 2020 15:26 (UTC +04:00)

FHN bu gəmilərə texniki baxışı müvəqqəti dayandırdı

Azərbaycan ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.

# 709
avatar

Oxşar yazılar