
Milli Məclisdə islahatlar aparılacaq - SƏRƏNCAM
Milli Məclisin Mətbuat Xidməti parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlama yayıb.
APA-nın məlumatına görə, açıqlamada bildirilib ki, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.
Azərbaycanda həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Milli Məclisi buraxılıb, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında dediyi kimi, “bütövlükdə seçki prosesi həm uğurla keçib, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”.
Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Milli Məclisin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilib.
Bunları nəzərə alaraq, Milli Məclisin sədri paralmentin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam qəbul edib.

Oxşar yazılar

Füzuli rayonunun Dövlətyarlı kəndi - VİDEO
25 yanvar 2021 , 19:55
Vətən müharibəsinin Daşaltı dastanı - REPORTAJ -FOTOLENT
25 yanvar 2021 , 15:40
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
25 yanvar 2021 , 14:21
Cavad Zərif Azərbaycanda - DETALLARI AÇIQLADI
24 yanvar 2021 , 22:41
Çavuşoğlu azərbaycanlı dənizçinin öldürülməsinə görə Ceyhun Bayramova başsağlığı verdi
24 yanvar 2021 , 02:09
ABŞ siyasətində yeni dalğalanmalar və dünya düzəni
23 yanvar 2021 , 17:14
Prezident akademiki "Şöhrət" ordeni ilə təltif etdi
23 yanvar 2021 , 15:39Əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 yanvar 2021 , 21:44