"Eurovision 2020" onlayn formatda keçiriləcək
02 aprel 2020 12:44 (UTC +04:00)

"Eurovision 2020" onlayn formatda keçiriləcək

 “Eurovision 2020" Mahnı Müsabiqəsinin təşkilatçıları qərara alıblar ki, beynəlxalq müsabiqəni onlayn-konsert formatında keçirsinlər.

Lent.az müsabiqənin saytına istinadla xəbər verir ki, yarışmada müxtəlif ölkələrin ifaçıları iştirak edəcək.

Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

Şou belə adlanacaq: “Eurovision: Avropa bərq vurur”. Təşkilatçıların dediklərinə görə, bu format müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edir. “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar ”.

İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

 

# 1311
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar