TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir
02 aprel 2020 12:17 (UTC +04:00)

TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir


"Hər kəs bilsin ki, maska məsələsi ən çox bizi narahat edir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib: "Səbirsizliklə ölkəmizdə qoruyucu vasitələrinin istehsalını gözləyirəm. ÜST tərəfindən hazırda mərkəzləşdirilmiş şəkildə qoruyucu vasitələrin verilməsi davam edir. Bu gün istəsək də, istədiyimiz qədər qoruyucu vasitə ala bilmirik. Biz hər gün video konfranslar vasitəsilə ÜST və digər beynəlxalq təşkilatlardan qoruyucu vasitələri istəyirik. Bu məsələ bizim prioritet məsələmizdir. Biz hansı istehsalatı özümüz edə biləriksə, bunun üzərində çalışılır və gələcəkdə ediləcək".

# 577
avatar

Oxşar yazılar