Abşeron postlarından kimlər buraxılır? - DYP-dən AÇIQLAMA
02 aprel 2020 11:11 (UTC +04:00)

Abşeron postlarından kimlər buraxılır? - DYP-dən AÇIQLAMA

Xırdalan və Masazırdan Bakıya giriş-çıxışın məhdudlaşdırılması ilə əlaqədar yeni məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, adı çəkilən hər iki ərazidə şəxsi avtomobillərin Bakıya giriş-çıxışına məhdudiyyət qoyulsa da, paytaxta  gələn marşrut avtobuslarında sərnişin sıxlığı davam edir. Həmin ərazilərdə yaşayan oxucular redaksiyamıza müraciət ediblər. Müraciətdə bildirilir ki, Necə olur ki, postlarda şəxsi avtomobilləri ilə gələn insanların sənədləri bir-bir yoxlanılır, lakin avtobusda olan sərnişinlər heç kimi maraqlandırmayəb. 

Xirdalan və Masazırda davam edən bu cür yoxlama qaydası ilə bağlı baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin fikirlərini öyrəndik. Şöbə rəisi Lent.az-a həmin ərazidə avtobusların da yoxlanıldığını bildirib:

“Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar Abşeron rayonundan Bakıya giriş-çıxışa da məhdudiyyətlər qoyulub. Təkcə şəxsi avtomobillər deyil, bütün nəqliyyat vasitələri yoxlanılır. O cümlədən, avtobuslar və sərnişinlər də bu yoxlamalardan kənarda qalmır”.

# 2641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar