ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçdi
02 aprel 2020 06:20 (UTC +04:00)

ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçdi

ABŞ-da bu günədək 200 mindən çox insan koronavirusa yoluxub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Federal və yerli statistikaları ümumiləşdirən universitetdən verilən məlumata görə, təsdiqlənmiş koronavirusa yoluxma hadisəsinin sayı 203 min 608, ölənlərin sayı isə 4361 olub.

Ölümlərin ¼-i (mindən çox) Nyu-York şəhərində qeydə alınıb.

 

# 630
avatar

Oxşar yazılar