16 yaşlı oğlan dəm qazından zəhərləndi, vəziyyəti ağırdı
01 aprel 2020 21:27 (UTC +04:00)

16 yaşlı oğlan dəm qazından zəhərləndi, vəziyyəti ağırdı

 

Gəncədə gənc oğlan dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında mənzillərin birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Cavanşir Məmmədov Məhəmməd oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Gənc oğlan dərhal yaxınları tərəfində xəstəxanaya çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 16 yaşlı gəncə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

# 3118
avatar

Oxşar yazılar