Çempionlar Liqasında yeni mövsümün başlayacağı tarix məlum oldu
01 aprel 2020 18:16 (UTC +04:00)

Çempionlar Liqasında yeni mövsümün başlayacağı tarix məlum oldu


UEFA avrokubokların 2019/20 mövsümünün bərpasını iyula qədər təxirə salıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu qərar milli assosiasiyaların nümayəndələri ilə bugünkü iclasda verilib.

Qurum avrokubok mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarını iyul-avqust aylarında keçirməyi planlaşdırır. Bu baş tutsa, növbəti mövsüm də gec başlayacaq. 

Belə olan halda Çempionlar Liqasının 2020/21 mövsümünün oktyabrın 14-21-də başlayacaq. Milli assosiasiyalar çempionatların sona çatdırılması üçün iyundakı yay fasiləsindən imtina etməyə razılıq verib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsində dayanıb.

# 1599
avatar

Oxşar yazılar