Bakıda karantin qaydasını pozan kafe sahibi tutuldu
01 aprel 2020 16:26 (UTC +04:00)

Bakıda karantin qaydasını pozan kafe sahibi tutuldu

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların nizam-intizami pozmasına rast gəlinir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər barəsində də qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

# 1071
avatar

Mehman Nəbiyev

Oxşar yazılar