"Lamborghini" tibbi maskalar istehsal edəcək
01 aprel 2020 07:14 (UTC +04:00)

"Lamborghini" tibbi maskalar istehsal edəcək

 

İtaliyanın idman avtomobilləri istehsalçısı “Automobili Lamborghini” cərrahi maskalar və üz üçün qoruyucu tibbi qalxanlar istehsalı ilə bağlı özünün Sant-Aqata-Bolonyeze şəhərindəki bəzi zavodlarının təyinatını dəyişəcəyini elan edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Tibbi qoruyucu vasitələr hazırda həkimlərin COVID-19 pandemiyası ilə mübarizə apardığı Bolonya xəstəxanasına çatdırılacaq.

Bildirilir ki, zavod gün ərzində 1000 maska və 200 qoruyucu ekran istehsal edəcək.

# 1003
avatar

Oxşar yazılar