1765
14:51
31 Mart 2020

Koronavirusa yoluxub xəstəxanadan qaçan şəxs öldü

Türkiyənin Tokat şəhərində koronavirus şübhəsi ilə nəzarətdə saxlanıldığı xəstəxanadan qaçan şəxs dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı keçən şəhərin Dövlət Xəstəxanasında müalicə olunan 74 yaşlı şəxs bir neçə gün öncə icazəsiz xəstəxanadan gedib. Daha sonra həmin şəxs təkrar xəstəxanaya gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb.