Koronavirus yeni bir problem yaratdı: bu ölkələrdə...
31 mart 2020 09:34 (UTC +04:00)

Koronavirus yeni bir problem yaratdı: bu ölkələrdə...

Koronavirus pandemiyasına görə istehsalçıların çoxu öz məhsullarına tələbatın azalması ilə üzləşiblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ilk zərbə altına avtomobil istehsalçıları, ictimai iaşə obyektləri və turizm operatorları düşüblər.

İndi isə fermerlər koronavirus pandemiyasının təsiri ilə üzləşirlər.

Avropa ölkələrinin fermerləri mövsümi işçi qüvvəsinin çatışmazlığı ilə üzləşiblər ki, onlar əvvəlcə bunu miqrantların hesabına kompensasiya edirdilər.

Karantin səbəbindən ciddi nəticələrin qarşısını almaq üçün hökumətlər kənd təsərrüfatında digər sahələrdə işlərini itirən insanlardan istifadəyə ümid edirlər.

Hazırda problem İspaniya, İtaliya və Fransanın cənubunda problem kəskinləşib. Tezliklə çiyələk yığılmalıdır.

Məlumata görə, bəzi regionlarda məhsul artıq xarab olmağa başlayıb. Fermerlərin şimal ərazilərində digər problemlə üzləşəcəyi də gözlənilir.

Oxşar vəziyyət ABŞ ərazisində də müşahidə olunur. Fermerlər hesab edirlər ki, məhsulların 80 faizi artıq yetişib, lakin yığmağa kimsə yoxdur.

# 1739
avatar

Oxşar yazılar