Nazirlik: Təkliflər təqdim olunub, hadisələri qabaqlamayaq...
29 mart 2020 20:53 (UTC +04:00)

Nazirlik: Təkliflər təqdim olunub, hadisələri qabaqlamayaq...

 

"Hörmətli jurnalistlər! Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov deyib.

Onun sözlərinə görə, təkliflər aidiyyəti üzrə təqdim olunub: “Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın”.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İ.Məmmədov deyib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar: “Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək”.

# 2709
avatar

Oxşar yazılar