Kirayə bazarında qiymət AJİOTAJI – Ekspertdən AÇIQLAMA
29 mart 2020 19:45 (UTC +04:00)

Kirayə bazarında qiymət AJİOTAJIEkspertdən AÇIQLAMA

“İşlərin dayanması və mağazalara qoyulmuş qadağalar çox sayda mağazanın bağlanmasına və yeni icarəyə təklif edilən obyektlərin boş qalmasına səbəb oldu”.

Bunu Lent.az-a ölkənin daşınmaz əmlak bazarının hazırkı durumunu təhlil edən ekspert Anar Nəsirov deyib.

Ölkədə bir neçə gündür koronavirus infeksiyasının yayılmasının qarşını almaq üşün davam edən karantin rejimi ən çox ictimai iaşə obyektlərinin fəaliyyətinə təsir etdi. Belə ki, restoranlar, kafelər artıq yerində müştəriyə xidmət göstərə bilməzlər. Əksər marketlər və başqa xidmət sahələri onlayn çatdırılma prosesinə keçirildi. Bəs görək, daşınmaz əmlak bazarında hazırkı vəziyyət nə yerdədir?

Anar Nəsirov kirayə obyektlərin kəskin ucuzlaşdığını bildirib. O, həmçinin bu ucuzlaşmanın kirayə mənzil bazarına təsir etməməsinin səbəblərinə də aydınlıq gətirib:

“Virus ortaya çıxandan kirayə mənzil bazarına o qədər də ziyan dəyməsə də, kirayə obyekt bazarına təsirsiz ötüşmədi. İşlərin dayanması və mağazalara qoyulmuş qadağalar çox sayda mağazanın bağlanmasına və yeni icarəyə təklif edilən obyektlərin boş qalmasına səbəb oldu. İndi heç bir sahibkar kirayə obyekt bazarına müraciət etmir. Bu da obyektlərin qiymətlərində 25 faiz ucuzlaşmaya gətirib çıxarır. Mövcud vəziyyətin kirayə mənzillərə obyektlərə nisbətən təsirsiz olmasının səbəbi sakinlərin daha çox yerli vətəndaşlar olması ilə bağlıdır. Həmin mənzillərdə yaşayanların əksəriyyəti pilot lahiyələr tərəfindən köçürülmüş ailələrdir. Bu səbəbdən kirayə mənzillərə təsiri az oldu”.

Həmsöhbətimiz satış bazarında vəziyyətin daha bərbad olduğunu dilə gətirib. Ekspert bundan əlavə, daşınmaz əmlak bazarında hazırkı durumun neftin qiymətindən asılı olaraq dəyişəcəyini də qeyd edib:

“Satış bazarı isə daha pis vəziyətdədir. Bazarda demək olar ki, alıcı yox səviyəsindədir. Belə halda fürsətdən istifadə edənlər də var. Belə ki, onlar təcili satılan ev və obyektlərə dəyərindən aşağı qiymət təklif edirlər. Belələri yaxşı bilir ki, kiməsə təcili pul lazım olduğu halda məcbur qalıb təklif olunan qiymətlə razılaşa bilər.

Hesab edirəm ki, Azərbaycanda əmlak bazarında bu ilin sonuna qədər qiymətlərdə enmə müşahidə olunacaq. Səbəb isə dünyada neftin qiymətinin kəskin enməsidir. Azərbaycanın bir neft ölkəsi olduğunu nəzərə alsaq, qiymətlərin enməsi bir başa əmlak bazarına təsir edir. Bu ucuzlaşma ilin sonuna qədər müşahidə olunacaq. Qiymətlərin düzəlməsi dünyanı əsarət altına alan koronavirusun qarşısının alınması və dünya bazarında neftin qiymətinin bahalaşmasından asılıdır. Nə qədər ki, qeyd etdiyim amillər ortadan qalxmayıb ucuzlaşma davam edəcək”.

# 12645
avatar

Mehman Nəbiyev

Oxşar yazılar