Onunla bağlı son qərarı Zidan verəcək
29 mart 2020 19:18 (UTC +04:00)

Onunla bağlı son qərarı Zidan verəcək

Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən, transfer hüququ isə “Real”a məxsus olan Əşrəf Hakimi yeni təklif alıb. Lent.az-ın “The Mirror” nəşrinə istinadən məlumatına görə, mərakeşli müdafiəçi “Çelsi”nin maraq dairəsinə düşüb.

London klubu məsələ ilə bağlı hərəkətə keçib. “Real” rəhbərliyi ilə danışıqlara başlayan ingilislər Hakimini yayda heyətlərinə qatmaq istədiklərini bildiriblər. “Kral klubu” isə məsələ ilə bağlı tələsməməyi məsləhət görüb və Hakiminin gələcək karyerası ilə bağlı son qərarı yayda verəcəyini açıqlayıb. Bu məsələdə son sözü “Real”ın baş məşqçisi Zinəddin Zidan deyəcək.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi 2018-ci ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund klubunda bu vaxtadək 65 oyunda 10 qola imza atıb.

# 1548
avatar

Rizvan Babayev

Oxşar yazılar