Məşhur futbolçunun 72 yaşlı atası evlənir: görün kiminlə?
29 mart 2020 16:09 (UTC +04:00)

Məşhur futbolçunun 72 yaşlı atası evlənir: görün kiminlə?

72 yaşlı Ted Bekhem və onun sevgilisi Hilari Meredit dünyada koronavirus epidemiyasının sürətlə yayıldığı vaxt nişanlanacaqlarını xəbəri yayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, tanınmış futbolçunun atası üçün bu ikinci nikah olacaq.

Devid Bekhemin atası uğurlu vəkil hesab olunan Hilari Meredit ilə sevgi münasibətindədir.

Tanınmışlar  özlərinin “Twitter”dəki akkauntlarında yazıblar ki, hazırda dünyada daha ciddi olaylar baş versə də, lakin onlar heç nəyə məhəl qoymadan münasibətlərini rəsmiləşdirmək niyyətlərini açıqlayıblar.

Tanınmış futbolçu və onun həyat yoldaşı Viktoriya Bekhem hələ ki baş tutacaq toyla bağlı şərhlərini verməyiblər.

 Bununla belə, dostlar və sosial şəbəkə istifadəçiləri cütlüyü nikah mərasimi ilə bağlı təbrik etməyə başlayıblar. KİV-dəki məlumata görə, Hilari Meredit və Ted Bekhem bir neçə ay əvvəl tanış olublar. Futbolçunun atasının sevgilisi öz peşəsində uğur əldə edib  və yaxşı pul qazanır.

Ted Devid Bekhemin anasından 18 il əvvəl – 33 illik qanuni nikahdan sonra ayrılıb. Bu evlilikdən 3 uşaq doğulub. Tedin arvadı bərbər idi, o özü isə mebel ustasıdır.

# 2086
avatar

Oxşar yazılar