Türkiyədə edilən testlərdə gözlənilməz nəticə: Say azaldı
29 mart 2020 12:36 (UTC +04:00)

Türkiyədə edilən testlərdə gözlənilməz nəticə: Say azaldı

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı azalıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, martın 21-dən hər gün artan yoluxma sayı ötən gün xeyli azalıb. Belə ki, martın 28-də 7669 nəfərə edilən testlərdən sonra yoluxma sayının 1704-ə çatıb. Ondan bir gün əvvəl isə 7533 nəfərə edilən testlər zamanı 2069 nəfərdə virusa yoluxma halı aşkar edilmişdi.

Qeyd edək ki, ölkənin Səhiyyə naziri Fəxrəddin Qocanın açıqlamasına görə, bu günə qədər 55464 nəfərə virus testi edilib. Ümumilikdə Türkiyədə koronavirusa yoluxma sayının 7402-ə, ölü sayının isə 108-ə çatdığı qeyd olunur.

# 522
avatar

Mehman Nəbiyev

Oxşar yazılar