Ağstafada avtomobil aşıb, 2 nəfər xəsarət alıb
28 mart 2020 08:17 (UTC +04:00)

Ağstafada avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Hacıyev Orxan İlqar oğlu və onun həmyaşıdı Məmmədov Vüqar İxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 411
avatar

Oxşar yazılar