Gürcüstanda koronavirusa yoluxanların sayı 83-ə çatdı
28 mart 2020 04:28 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 83-ə çatdı

 

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 83 nəfərə çatıb, 14 nəfər isə sağalaraq xəstəxanaları tərk edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilib.

Bundan əvvəl ölkədə 81 yoluxma halının olduğu deyilirdi.

Məlumata görə, hazırda 4505 nəfər karantində saxlanılır, 247 nəfər isə nəzarət altındadır. Virusa yoluxanlar arasında beş uşaq və bir hamilə qadın da var. Onların səhhəti qənaətbəxş hesab olunur.

# 414
avatar

Oxşar yazılar