"Müğənni gəlir yanıma ki, elə mahnı yaz partlasın" - Ceyhun Əliyev
27 mart 2020 14:17 (UTC +04:00)

"Müğənni gəlir yanıma ki, elə mahnı yaz partlasın" - Ceyhun Əliyev

"Musiqilərimiz get-gedə cığırından çıxır. İllər ötdükcə ötən bəstəkarların əsərlərini yenə də ifa edirik. Həmin bəstəkarlar illər əvvəl bunları bəstələyəndə yüz dəfə götür-qoy ediblər. Çünki senzura var idi".
Bu sözləri müğənni Ceyhun Əliyev "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi trendə düşən mahnıları ələ salıb:

"Müğənni gəlir yanıma ki, elə mahnı yaz partlasın, toylara gedim. Bu fikirləri olan yeni gələn gənc ifaçıların gələcəyini görmürəm. Onlar çox gedə bilməyəcəklər. O musiqiləri dəyərsiz adlandırıram. Youtube-da oturanlar da onları çox izləmir. Bəlkə, yeni çıxanda dinləyəcəklər, seviləcək, trend olacaq. Amma müəyyən vaxtdan sonra o mahnıları dinləyənlər özləri inkişaf edir. Trenddə olan mahnılar neqativ ab-hava verir: ayrıldıq, mənim küləyimsən, günəşimsən. Bunu daha pozitiv sevdirmək olar. Pul qazanmaq o demək deyil ki, damar kəsən mahnılar oxu, sənə pul xərcləsinlər".

(Axşam.az)

# 888
avatar

Oxşar yazılar