İtaliya Avropa İttifaqının “COVID-19” yekun sənədini rədd edib
27 mart 2020 08:57 (UTC +04:00)

İtaliya Avropa İttifaqının “COVID-19” yekun sənədini rədd edib

 

İtaliya ilk dəfə videokonfrans formatında keçirilən koronavirus pandemiyasının (COVID-19) nəticələrini aradan qaldırmaq üçün iqtisadi tədbirlərin hazırlanmasına həsr olunmuş 27 Avropa İttifaqı liderinin görüşünün yekun sənəd layihəsini rədd edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər hökumətdəki mənbələrdən bildirilib.

Məlumata görə, İtaliyanın Baş naziri Cüzeppe Konte həmkarlarına Aİ-nin yaşadığı fövqəladə vəziyyətin aktuallığına adekvat həll tapması üçün 10 gün vaxt verib.

Baş nazir Avropa liderlərini hazırkı böhrandan çıxmaq üçün təkliflər hazırlamaq üçün Aİ-nin 5 dövlət və ya hökumət başçılarından ibarət qrup yaratmağa dəvət edib.

C.Konte Avropa rəhbərliyindəki həmkarlarına keçmişdə ayrı-ayrı ölkələr üçün hazırlanmış vasitələrin bu gün aktuallığını itirdiyini bildirib.

# 402
avatar

Oxşar yazılar