29502
16:11
26 Mart 2020

Faiq Ağayevdən Damlaya ağır cavab: "Səy-səy danışma" - QALMAQAL 

Xalq artisti Faiq Ağayev müğənni Damlanın "Azərbaycanda meqa-star yoxdur" sözlərinə münasibət bildirib.

Lent.az -ın məlumatına görə, ifaçı "Söhbətsiz" verilişində bu sözləri vurğulayıb:

"Meqa-star ölkənin ən nailiyyətli müğənnisi anlamına gəlir. Bu savaddan irəli gəlir. Onlar meqa sözünün nə olduğunu bilmirlər. Məsələn, mən meqa ilə giqa arasındakı fərqi onlardan soruşsam, bilməyəcəklər. Ölkədə ən nailiyyətli meqa-star sayılır. Ona kimyadan sual versək, desək ki, kükürdlə su reaksiyaya girə bilər? Cavabında deyəcək ki, bu nə sualdı? Axı sən də meqa-star yoxdur deyəndə, səy-səy danışırsan. Mən müsabiqələrin birində Damlanın münsifi olmuşam. O zaman ona dedim ki, sən səsinə çox güc verirsən. Mənə elə gəlir ki, öz üzərində çalışmalıdır. Mənim də illər öncəki ifamla indiki ifam arasında fərq var. Mən bu sözləri peşəkar, vokal üzrə dərs keçmiş bir insan kimi deyirəm".