1158
11:50
26 Mart 2020

Neft yenidən ucuzlaşdı


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 0,58% azalaraq 1 barelə görə 27,23 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,31% azalaraq 24,17 dollar təşkil edib.