Şura Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək
25 mart 2020 17:09 (UTC +04:00)

Şura Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev təşkilat və ictimai birliklərə müraciət edib.

Lent.az xəbər verir ki, deputatın çağırışı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında olub.

Şura sədri çağırışında qeyd edib: "Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmək haqqında qərar qəbul edib. Bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıram".

# 786
avatar

Mehman Nəbiyev

Oxşar yazılar