11:09
25 Mart 2020

Bu ölkədə koronavirusa yoluxan deputatların sayı artdı

Ukrayna Ali Radasında koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, parlamentin heç bir fraksiya üzvü olmayan deputatı Sergey Rudik də СOVID-19 aşkar olunub.

Bu haqda onun deputat həmkarı Viktoriy Qrib məlumat yayıb. Onun bildirdiyinə görə, Sergey Rudik koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Martın 23-də Ali Radanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasından olan deputatı Aleksandr Lukaşev və “Xalqın xidmətçisi” partiyasından olan Ruslan Qurbenkoya da koronavirus diaqnozu qoyulub. Buna qədər isə fraksiya üzvü olmayan deputatlar Sergey Velmojnı və Sergey Şaxov da koronavirusa yoluxublar.

Son məlumata görə, Ukraynada 113 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib.

Dİgər xəbərlər