Koronavirusun daha 3 ƏLAMƏTİ
23 mart 2020 16:00 (UTC +04:00)

Koronavirusun daha 3 ƏLAMƏTİ


Koronavirusun ən çox müşahidə olunan əlamətləri yüksək hərarət, quru öskürək, boğaz ağrısı sayılır. Amma Çindən olan alimlər yeni virusun həzm sisteminə təsir edən başqa əlamətlərini də aşkarlayıblar.

e-tibb.az xəbər verir ki, bunlar ishal, iştahsızlıq və ürək bulanma simptomlarıdır.

Çindəki 3 xəstəxanada 200-dən çox virusa yoluxan şəxs üzərində aparılan müayinələrdən sonra bu qənaətə gəlinib.
"American Journal of Gastroenterology" adlı nəşrdə bununla bağlı yer alan məqalədə bu halların təxminən 50 faizində tənəffüs yolları simptomları ilə yanaşı ishal, iştahsızlıq və ürək bulanma kimi sırf həzmlə bağlı şikayətlərin də olduğu açıqlanıb. Hətta bəzi xəstələrdə güclü ishal olduğu halda quru öskürək və qızdırma qeydə alınmadığı bildirilib.

O da qeyd olunub ki, təkcə tənəffüs yolu əlamətləri olan koronavirus xəstələri daha tez sağalırlar.

# 3032
avatar

Oxşar yazılar