ABŞ-da koronavirusa yoluxanların sayı 38 mini keçdi - YENİLƏNİB
22 mart 2020 22:56 (UTC +04:00)

ABŞ-da koronavirusa yoluxanların sayı 38 mini keçdi - YENİLƏNİB

 

ABŞ-da son bir gündə koronavirusa yolucanların sayı 13 min 960 nəfər olub.

APA-nın "Investing"ə istinadən verdiyi məlumata görə, bunla da ölkə üzrə virusa yoluxanların ümumi sayı 38 min 167 nəfərə çatıb. 

Qeyd edilib ki, ABŞ bu göstərici ilə yalnız Çin və İtaliyadan geridə qalır. 

Ölüm hallarının sayının isə 396-ya yüksəldiyi bildirilir.

***

22:20

ABŞ-da 26,7 mindən çox koronavirusa yoluxma qeydə alınıb. Ən azı 340 nəfər virusda ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan “Johns Hopkins” Universitetinin məlumatında bildirilib. 

Qeyd edilib ki, ABŞ-da bütün yoluxma hallarının demək olar ki, yarısı - 12 mindən çoxu Nyu-York ştatındadır. Sonrakı yerlərdə Vaşinqton və Kaliforniya ştatlarıdır. 

 

 

# 1900
avatar

Oxşar yazılar