“Mançester Yunayted” iki futbolçunu göndərir
22 mart 2020 17:03 (UTC +04:00)

“Mançester Yunayted” iki futbolçunu göndərir

“Mançester Yunayted” klubu yayda iki futbolçusu ilə yolları ayıracaq.

Lent.az-ın “The Sun” nəşrinə istinadən məlumatına görə, “mankunianlar” Cessi Linqard və Andreas Pereyra ilə əməkdaşlığı davam etdirmək fikrində deyillər.

Komandanın baş məşqçisi Ule Qunnar Sulşer rəhbərliklə söhbətində adıçəkilən futbolçuların onun gələcək planlarında yer almadığını bildirib. Bundan sonra rəhbərlik hər iki oyunçu ilə danışıqlara başlayaraq, onları yayda transferə çıxaracağını qeyd edib.

Qeyd edək ki, C.Linqard “Mançester Yunayted”ə 2011, A.Pereyra isə 2014-cü ildə keçib.

# 1231
avatar

Rizvan Babayev

Oxşar yazılar