Nəsrin Cavadzadə ETİRAZ ETDİ: "Çəkilişlər dayandırılsın"
19 mart 2020 18:43 (UTC +04:00)

Nəsrin Cavadzadə ETİRAZ ETDİ: "Çəkilişlər dayandırılsın"

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə koronavirusla bağlı paylaşım edib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aktrisa virusa görə çəkilişlərin dayandırılmasını istəyib:

“Ən az 14 günlük karantin bu bənzərsiz gözəllikdəki vətənimizə borcumuzdur. Çəkiliş meydançaları çox tünlükdür və tez-tez məkan dəyişilir. Heç kimin sağlamlığını təhlükəyə atmağa haqqımız yoxdur. İzləyicilərimizin bir neçə həftə təkrar və kollaj bölüm seyr edərək bizi daha az sevəcəyinə inanmıram.

Gələcəkdə hər şeyin daha da gözəl olması üçün bütün kanalları, prodüser şirkətlərini və reklam verənləri bu vətən borcunu yerinə yetirməyə dəvət edirəm. Bu ölkə hər şeyin ən gözəlinə layiqdir. Sonsuz sevgilərimlə”.

 

# 2802
avatar

Yalçın UĞUR

Oxşar yazılar