Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırıldı
19 mart 2020 17:10 (UTC +04:00)

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırıldı


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

“Nəzərinizə çatdırırıq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-də saat 03:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”, - deyə ADY-dən bildirilib.

# 1074
avatar

Oxşar yazılar