Neftin qiyməti düşdü
18 mart 2020 23:03 (UTC +04:00)

Neftin qiyməti düşdü

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin son qiyməti 24.88 ABŞ dollarıdır.

WTI markalı neftin qiyməti isə 21 ABŞ dolları civarındadır. 

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti son dəfə 2003-cü ilin mayında bu səviyyədə olub.

WTI markalı neft isə 2002-ci ilin martında bu qiymətə satılıb.

# 2490
avatar

Oxşar yazılar