12:46
18 Mart 2020

Moldovada koronavirusdan ilk ölüm qeydə alındı


Moldovada koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda ölkənin səhiyyə naziri Viorika Dumbrevyan məlumat verib.

Martın 18-də gecə 61 yaşlı qadın 4 sutkadır müalicə olunduğu Respublika klinik xəstəxanasında vəfat edib. Qadının yaxınlarda İtaliyadan qayıtdığı və xəstəxanaya yerləşdirilənə qədər bir həftə doğma kəndində qaldığı bildirilir.

“Hazırda Moldovada koronavirusa yoluxan 67 nəfər var, onların 14-ü uşaqdır”, - nazir əlavə edib.

Dİgər xəbərlər