946
11:01
18 Mart 2020

Tomas Henks virusa necə yoluxdu? - AÇIQLAMA

Məşhur amerikalı aktyor Tomas Henks və həyat yoldaşı koronavirusa yoluxduqları üçün müalicə olunduqları xəstəxanadan evə buraxılsalar da, evdə özlərinə nəzarəti davam etdirirlər.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabından paylaşıb. O bildirib ki, hazırda film çəkilişlərindən ötrü Avstraliyadırlar və kirayədikləri evdə yaşayırlar.

63 yaşlı aktyor koronavirusla bağlı zarafatlarından da qalmır: “Avstraliyaya koronavurusu mən aparmışam. Mənə isə koronovirus yazı makinamdan yoluxub. Pis xəbərlərdən biri də odur ki, həyət yoldaşım kart oyununda mənə 6 dəfə qalib gəlib”.

Aktyorun yazı makinasının markasının “Corona” olması diqqət çəkib.

Karantin günlərindən açıqlama edən aktyor onu da bildirib ki, hazırda temperaturu yüksək olmasa da, bəzi narahatlıqları davam edir.