1125
17:16
17 Mart 2020

Eldar Əzizov komissiya sədri təyin edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycanın Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının Azərbaycan tərəfdən sədri dəyişib.

Komissiyanın sədri postunda Baş Nazirin birinci müavini Yaqub Eyyubovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəz edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.