Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlandı
17 mart 2020 19:30 (UTC +04:00)

Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlandı


Türkiyədəki bütün hərbi təhsil müəssisələrində aprelin 13-dək tətil elan edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlama verib. Nazir bildirib ki, koronovirus (COVİD-19) infeksiyasına yoluxma riskinin qarşısını almaq üçün hərbi hissələrə ziyarətlər olmayacaq, ordu evlərinə hərbi vəzifədə olan şəxslərdən başqa heç kim qəbul edilməyəcək.

# 815
avatar

Oxşar yazılar