247
10:18
17 Mart 2020

Kanadada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub

Kanada Hökuməti Qlobal Məsələlər Departamenti 2020-2021-ci il tədris ili üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, magistratura səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris bir ya iki illik nəzərdə tutulur.

Təqaüd proqramına iddiaçılar üçün son müraciət martın 31-dəkdir.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.