Beynəlxalq poçt göndərişlərinin qəbulu dayandırılır - Rəsmi
16 mart 2020 17:00 (UTC +04:00)

Beynəlxalq poçt göndərişlərinin qəbulu dayandırılır - Rəsmi

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

Bunlar nəzərə alınaraq, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır.

 

Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.

# 1132
avatar

Oxşar yazılar