1404
17:27
15 Mart 2020

2100-cü il üçün BƏDBİN PROQNOZ: anomal isti gözlənilir

2100-cü ilə qədər 1,2 milyard insan hər il anomal istidən və rütübətdən əziyyət çəkəcək.


Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu proqnoz Ratqerski universitetinin “Environmental Research Letters”də çap olunan məqaləsində qeyd edilir. Bu rəqəm indiki göstəricidən 4 dəfədən çoxdur.
Alimlər proqnoz üçün temperatur, rütubət, küləyin sürəti, günəş şüalanması və digər parametrləri nəzərə almaqla 40-dan çox iqlim modeli hazırlayıblar. Simulyasiyalar göstərib ki, planetin 1,5 dərəcə istiləşməsi zamanı hazırda 500 milyon insanın yaşadığı risk zonasında olacaq. Bu göstərici 2 dərəcəyə çatdıqda, anomal istilər 800 milyon əhalinin əraziləri bürüyəcək.
Havanın 3 dərəcə artıq istiləşməsi zamanı bu rəqəm 1,2 milyard nəfər olacaq. Alimlər ehtimal edirlər ki, dünya bu nöqtəyə əgər qlobal istiləşmənin qarşısının alınması üçün radikal tədbirlər görülməsə 80 ildən sonra çatacaq.
Hazırda planetin iqlimi sənayeləşdirmədən əvvəlki ilə müqayisədə 1,2 dərəcə istiləşib.