1401
08:40
15 Mart 2020

Moskvada 9-cu mərtəbədən yıxılan qadın kondisionerə "ilişərək" sağ qalıb


Moskvada Kiyev şosesində yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qadın divara bərkidilmiş kondisionerdən asılı vəziyyətdə qalıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayaıb.

Bildirilib ki, yanğınsöndürmə və xilasetmə dəstəsinin əməkdaşları tərəfindən qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.