“Liverpul” tezliklə İngiltərə çempionu elan edilə bilər
14 mart 2020 18:00 (UTC +04:00)

“Liverpul” tezliklə İngiltərə çempionu elan edilə bilər

Koronavirus səbəbindən aprel ayının 4-nə qədər təxirə salınan İngiltərə Premyer Liqasındakı digər klublar mövsümdə qalan oyunlar keçirilmədən “Liverpul”un çempion elan edilməsi məsələsində razılaşıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, aprel ayından davam edib-etməyəcəyi bəlli olmayan, etsə belə tamamlanmasının mümkün olub-olmayacağı sual altında olan mövsüm üçün gözlənilməz bir formul danışılmağa başlanıb.

Məlumata görə, mövsümün tamamlanmasının mümkünsüz göründüyü Premyer Liqada digər klublar “Liverpul”un çempion elan edilməsi yönündə razılığa gəliblər. Yurgen Kloppun yetirmələri qalan həftələri oynamadan kuboku qazanacaq.

Ən yaxın rəqibi “Mançester Siti”dən 25 xal irəlidə olan, oyunlar təxirə salınmamış olsa da, bir neçə həftə sonra çempionluğunu elan etməsi gözlənilən liverpulluların kuboku əldə etməsi istiqamətində böyük bir razılaşma olduğu bildirilir.

Baş məşqçilər davam etmək istəmir

Bir çox baş məşqçi mösümün qalanını oynamaq istəmədiyi, aradakı 25 xal fərqinin kimsənin etiraz etməyəcəyi şəkildə “Liverpul”u kuboku haqq etdiyinə işarə etməsi səbəblərdən dolayı, çempionun elan edilməsinin heç də uzaqda olmadığı, son dərəcə real bir seçim olaraq müzakirəyə çıxarıldı da ortaya çıxıb.

Əgər klublar razılaşarkarsa, “Liverpul” 30 il sonra çempion olacaq.

# 1686
avatar

Oxşar yazılar