Lolita 5-ci ərindən boşana bilmədi - Koronavirusa görə
14 mart 2020 09:46 (UTC +04:00)

Lolita 5-ci ərindən boşana bilmədi - Koronavirusa görə

 

Dmitri İvanovdan boşanmaq istəyən rusiyalı müğənni Lolita Milavskayanın planlarını bu dəfə dünyada sürətlə yayılmağa davam edən koronavirus pozub.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu gün cütlüyün ayrılması ilə bağlı keçirilməsi gözlənilən məhkəmə prosesi martın 27-ə təyin olunub.

Buna səbəb isə, Dmitri İvanovun bu yaxınlarda koronavirusun geniş yayıldığı İtaliyadan qayıtması olub. Virus şübhəsi ilə o, hazırda karantində saxlanılır.

Qeyd edək ki, Dmitri Lolitanın 5-ci əridir.

# 2359
avatar

Oxşar yazılar