19:31
13 Mart 2020

Bu ölkədə koronavirusa görə fövqəladə vəziyyət elan edilir

İspaniya "COVID-19"la əlaqədar ölkədə fövqəladə vəziyyət elan edir.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, İspaniya baş naziri Pedro Sançez Nazirlər Kabinetinin martın 14-də konstitusiyanın 116-cı maddəsini aktivləşdirərək fövqəladə vəziyyət elan etmək üçün toplaşacağın bildirib.

Konstitusiyanın bu müddəası insanların və nəqliyyat vasitələrinin müəyyən yerlərdə hərəkətini məhdudlaşdırmaq, malların müvəqqəti rezervasiyası, əsas məhsulların istehlakını rasionallaşdırmaq və xidmətlərin göstərilməsini təmin etmək üçün lazımi əmrlər vermək imkanı verir.

Fövqəladə vəziyyət əvvəlcə iki həftə tətbiq ediləcək, ancaq parlamentin razılığı ilə uzadıla bilər.

İspaniyada "COVID -19"a yoluxanların sayı 4200-ə, virusdan ölənlərin sayı isə 120-yə çatıb.

Dİgər xəbərlər