14:05
13 Mart 2020

Fransa çempionatları dayandırıldı

Fransada Liqa1 və Liqa2 də təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Fransa Peşəkar Futbolçular Liqası bu gün baş tutan iclasında koronavirus epidemiyasının yayılması səbəbindən oyunların dayandırılması barədə qərar verib.

Qərara əsasən Liqa1 və Liqa2-də qeyri-müəyyən müddətədək oyun keçirilməyəcək.

Qeyd edək ki, Fransa Futbol Federasiyası bu gün səhər saatlarında aşağı yaş qrupu üzrə liqaların təxirə salındığını açıqlayıb.

Dİgər xəbərlər