“Çelsi”nin 19 yaşlı üzvündə koronavirus aşkarlandı
13 mart 2020 12:28 (UTC +04:00)

“Çelsi”nin 19 yaşlı üzvündə koronavirus aşkarlandı

Koronavirusa yoluxan futbolçuların sırasına daha biri qoşulub. 

Lent.az-ın məlumatına görə, dünyanı təşvişə salan pandemiyaya “Çelsi”nin oyunçusu Kallum Hadson-Odoi də tutulub.

Ondan götürülən testin nəticəsi müsbət çıxıb. Bu barədə məlumatı “zadəganlar”ın rəsmi saytı yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə bu günlərdə təmasda olan hər kəs karantinə alınacaq.

Qeyd edək ki, İngiltərənin digər klubu - “Arsenal”ın isə baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

# 1039
avatar

Rizvan Babayev

Oxşar yazılar