556
20:30
12 Mart 2020

Ərdoğan xarici səfərlərini təxirə saldı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Çankaya köşkündə 16 nazirin iştirakı ilə toplantı keçirilib.

APA-nın yerli bürosunun Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalına istinadla xəbərinə görə, koronoviris ilə əlaqədar keçirilən iclas 5 saat çəkib.

Mətbuat katibi deyib ki, koronovirusla əlaqədar Türkiyə prezidentinin xarici ölkələrə səfərləri təxirə salınıb, amma martın 17-də İstanbulda Almaniya və Fransa dövlət başçıları ilə Ərdoğanın görüşü olacaq.