4693
14:55
12 Mart 2020

Koronavirusun başa çatacağı vaxt AÇIQLANDI

Çinli elm adamı, 2003-cü ildə SARS virusunu kəşf edən 83 yaşlı epidemiya üzrə mütəxəssis Zonq Nanşan pandemiya elan edilən koronavirus pandemiyasının yayılmasının sona çatacağı tarixi açıqlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, elm adamı virusun yayılmasının iyun ayından başlayaraq başa çatacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, virusa yoluxanların müalicədən sonra yenidən koronavirusa yoluxma riski azdır.