465
04:33
12 Mart 2020

İtaliyada bir gündə 200-ə yaxın insan koronavirusdan ölüb

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 196 nəfər artaraq, ümumilikdə 827 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə 10 590 nəfər koronavirus daşıyıcısıdır.

“Bu gün daha 41 vətəndaşımız sağalıb, onların ümumi sayı 1045 nəfər təşkil edir. Ölənlər – 196 nəfərdir, bununla belə, dəqiqləşdirməliyik ki, bunlar səhhətlərində ciddi problemləri olan insanlardır”, - Borrelli belə deyib.

Qeyd edək ki, son sutka ərzində virusa yoluxma halları 2 min nəfəri keçib. Belə olan halda, infeksiyanın yayıldığı ilk dövrdən bəri İtaliyada 12 462 nəfər bu virusa yoluxub.