18:31
11 Mart 2020

Baş nazirin müavini komissiya sədri təyin edildi

Azərbaycanda sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Prezidentin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib.

Dİgər xəbərlər